Prezident İlham Əliyev Tiranada “Mother Albania” abidəsini ziyarət edib - FOTOLAR

A- A A+

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada “Mother Albania” abidəsini ziyarət edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Məlumat verilib ki, Milli Qəhrəmanlar Xiyabanında yerləşən on iki metrlik “Mother Albania” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təmsil edir. Ana heykəli əlində dəfnə çələngi və ulduz tutub. Abidə üçmetrlik postament üzərində ucaldılıb. Postamentin üzərində “Vətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılıb.

Sonra dövlətimizin başçısı şəhərin mənzərəsini seyr edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: