Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev noyabrın 17-də Xalid Əhədovun Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilsin".