Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev noyabrın 17-də “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. 

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 62; 2022, № 2, maddə 141) birinci hissəsinə “Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini” sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Anar Axundov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: