Prezident İlham Əliyev 2022-ci il dövlət büdcəsi haqqında Qanunun tətbiqi ilə bağlı Fərman imzalayıb

A- A A+

Prezident İlham Əliyev noyabrın 17-də “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1391; 2022, № 7, maddə 725, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 oktyabr tarixli 1867 nömrəli Fərmanı) 1-ci hissəsindəki cədvəldə aşağıdakı dəyişikliklər edilsin:

1.1.       1.11.6.16-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

1.11.6.16

“Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxs

120,000,000.0

120,000,000.0

 1.2.  aşağıdakı məzmunda 1.11.6.17-ci yarımbənd əlavə edilsin:

1.11.6.17

“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması

43,000,000.0

43,000,000.0

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: