Oktyabrın 12-də Prezident İlham Əliyev Arif Əzizova Prezidentinin fərdi təqaüdü verilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasında tikinti və tarix-memarlıq abidələrinin bərpası sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Bəylər oğlu Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".