Prezident İlham Əliyev noyabrın 30-da Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:
1. Aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin:
Əliyev İlham Yaylaqalı oğlu
Musayev Alqış Həsən oğlu.
2. Aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Xəlilov Zahid Abdulla oğlu
Şadlinski Vaqif Bilas oğlu
Vəliyev Misirxan İzzət oğlu.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".