Prezident İlham Əliyev dekabrın 13-də Nərgiz Paşayevanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Nərgiz Arif qızı Paşayeva “Şərəf” ordeni ilə təltif edilsin".