2023-cü ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsinə bir milyon manat ayrıldı - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev dekabrın 20-də 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

3. “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: