Adil Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev dekabrın 22-də Adil Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilsin.

2. Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: