ABŞ Hərbi Dəniz Qüvvələri 5-ci Donanmasının nümayəndəsi Prezident İlham Əliyevi təbrik edib

A- A A+

ABŞ Hərbi Dəniz Qüvvələri 5-ci Donanmasının Bəhreyn Beynəlxalq əlaqələr şöbəsinin rəisi komandir Nəimi Əmiral Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli cənab Prezident, sevimli Ali Baş Komandan,

Azərbaycan xalqının və türk dünyasının qəhrəmanı İlham Heydər oğlu Əliyev.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Qarabağın Ermənistanın işğalından azad edilməsinin və Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunmasının, türk dünyasının qırılmış bağının yenidən birləşdirilməsinin ikinci ildönümünü bu il xalqımızla birlikdə qeyd etdik. Sizin illərdir müdrikliklə və uzaqgörənliklə atdığınız addımlar bu böyük uğurlara yol açdı. Bütün bunlar üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Sizi bir daha ailəmiz adından doğum gününüz münasibətilə təbrik edirəm, möhkəm cansağlığı və uzun ömür arzulayıram. Yaşasın böyük Azərbaycan!".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: