Azərbaycan Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndə təyin edib - SƏRƏNCAM
Prezident İlham Əliyev dekabrın 28-də Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Sahib oğlu Mustafayev iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".