Prezident İlham Əliyev dekabrın 28-də Məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Nağıyev İman Məmməd oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Abbasov İlqar Eyvaz oğlu".