Prezident İlham Əliyev yanvarın 3-də Salxab Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Salxab İsa oğlu Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin".