Azərbaycanın bir qrup energetikinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

A- A A+

Oktyabrın 19-da Prezident İlham Əliyev Azərbaycanın bir qrup energetikinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda energetika sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Ağasiyev İlham Əlibaba oğlu

Əliyev Ələkbər Məlik Məmməd oğlu

Xəlilov Seyfəddin Heydər oğlu".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: