Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Babək rayonunun inkişafında fəaliyyətlərinə görə:
Məmmədov Nihal Məmmədqulu oğlu və Məmmədsoy Müşviq Məmməd oğlu-“Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə, Əliyev İsa Əli oğlu, Quliyev Həsən Əli oğlu və Seyidov Mirkərim Əhməd oğlu-“Əməkdar müəllim” fəxri adı ilə; Abdullayev Qulam Səfərəli oğlu və Həsənova Leylan İbrahim qızı -“Əməkdar həkim” fəxri adı ilə; Abutalıbov Tofiq Abutalıb oğlu və Həsənov Cəlal İbrahimxəlil oğlu -“Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə; Rzayeva Sevinc Hüseyn qızı-“Əməkdar mühəndis” fəxri adı ilə; Əliyev Məcid Sərraf oğlu, Xudiyev Məhərrəm Cəlil oğlu, İsmayılov Hüseyn Abbas oğlu və Novruzov Məhərrəm Yavər oğlu-“Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər”.