Prezident İlham Əliyev ukraynalı həmkarına başsağlığı verib

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması ilə əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir məktubda deyilir: “Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi”.

Dövlətimizin başçısı bu faciə ilə əlaqədar Volodimir Zelenskiyə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: