Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva instaqram hesabında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paylaşımda deyilir: "20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".