Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını qınayıb

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Tehranda səfirliyimizə hücumu qınayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlət başçısı şəhid olan təhlükəsizlik xidmətinin əməkdaşının yaxınlarına başsağlığı verib.

"Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - paylaşımda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: