Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib

A- A A+

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu göndərib.

NUHÇIXAN-ın məlumatı, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Çexiya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: