Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 31-də Publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsinin təsdiqedilməsi haqqında Fərman imzalayıb.NUHÇIXAN-ın məlumatına görə, Fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin."
Qeyd edək ki, publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi "Şərq qapısı" qəzetinin sabahkı nömrəsində dərc ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.