Azərbaycan və BƏƏ arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında memorandum təsdiqlənib
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənədi Prezident İlham Əliyev imzalayıb.