Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Novruz bayramı münasibətilə paylaşım edib

A- A A+

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Novruz bayramı münasibətilə paylaşım edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhvali-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!

Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə dözüm və səbir versin! Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: