Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin.
2. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".