Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".