Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 11 nəfərdən ibarət aşağıdakı tərkibi təsdiq edilsin:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
Kollegiyanın üzvləri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri üzrə 1 saylı Regional Bölməsinin rəisi
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Qida təhlükəsizliyi şöbəsinin müdiri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının İdxal və ixraca nəzarət şöbəsinin müdiri.