Prezident İlham Əliyev mayın 23-də Sənan Paşayevin Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:
1. Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".