Prezident İlham Əliyev iyunun 6-da Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində fərqlənən bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Ağayev Asəf Azad oğlu
Ələkbərov Malik Mürsəl oğlu
Əliyeva İlahə Mirsə-Əli qızı
Əliyeva Tamilla Aliyevna
Hacıyeva Aytən Tofiq qızı
Hümbətov Sirac Mərfət oğlu
İbrahimov İsmayıl Nadir oğlu
Məmmədov Sadiq Ərzuman oğlu
Zeynalov Nizami Əkbər oğlu".