Prezident İlham Əliyev iyunun 25-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:
polkovnik Elmir Zülfüqar oğlu İbrahimova
polkovnik Arif Həsən oğlu Həsənova
polkovnik İslam Şixzadə oğlu Əmirağayevə
polkovnik Bilal İsmayıl oğlu Çompuzova
polkovnik İlqar Saab oğlu Qafarova".