Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gedib.
NUHÇIXAN xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyevi Belarusun Baş nazirinin müavini Mixail Rusiy və digər rəsmi şəxslər qarşılayıblar.