Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib - SƏRƏNCAM
Prezident İlham Əliyev iyulun 8-də Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilsin:
fövqəladə və səlahiyyətli səfir
Bayramov Ceyhun Əziz oğlu
Məmmədov Elnur İsrafil oğlu
Rzayev Fariz Fikrət oğlu
birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
Musayev Tofiq Fuad oğlu
ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
Səfərov Emil Firdovsi oğlu
Şərifov Samir Ənvər oğlu".