Prezident İlham Əliyev Azərbaycan Respublikasının hakimlərinə və ədliyyə orqanları işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının məhkəmə və ədliyyə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar hüquqşünas”
Cavadov Fuad Musa oğlu
Mirzəliyev Əsəd Abdulla oğlu
Nəsibov Hafiz Qənbər oğlu
Zahirov Vilayət Həsən oğlu
“Əməkdar mühəndis”
Məmmədov Çingiz Ələddin oğlu
“Əməkdar həkim”
Qurbanov İftixar İlham oğlu
“Əməkdar tibb işçisi”
Əsgərov Səttar Ələsgər oğlu".