Prezident İlham Əliyev noyabrın 20-də Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında ədliyyə sahəsində fərqlənən şəxslər də var.
Prezidentin sərəncamı ilə Əliyev Alı Yusif oğlu,Kərimov Səyyub Həsən oğlu, Məmmədov Hüseyn Məmməd oğlu və Muradov Hicran Xasay oğlu “Tərəqqi” medalı ilə, Fərəcova Aybəniz Məhərrəm qızı, Fərzəliyev Rəşad Xaliyəddin oğlu və Nağıyev Həsən Xanəli oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə təltif ediliblər.