Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə bir qrup şəxs təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev iyulun 13-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə qərara alıram:
Məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Salmanova Sona Sadıx qızı
Qvaladze Rafael Sergeyeviç
Quliyev Rauf Rəhim oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Qaracayev Ceyhun Yasinəli oğlu
Şəfiyev Kamran Rauf oğlu
“Tərəqqi” medalı ilə
Babayev Anar Şahlar oğlu
Cəfərov Anar Əli oğlu
İbrahimov Sarıbəy Davud oğlu
Məmmədova Dürdanə Mirzə qızı
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Quliyev Zaur Ağayar oğlu
Məmmədov Əsgər Allahverdi oğlu".