Prezident İlham Əliyev iyulun 17-də Cavanşir Feyziyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Əyyub oğlu Feyziyev “Şöhrət” ordeni ilə təltif edilsin".