Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqlənib
Azərbaycanın Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiq edilib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, komissiyanın üzvləri arasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi Ramiz Mehdiyevin adı çıxarılaraq İsa Həbibbəyli ilə, mədəniyyət naziri kimi Əbülfəs Qarayevin adı çıxarılaraq Adil Kərimli ilə, səhiyyə naziri kimi Oqtay Şirəliyevin adı çıxarılaraq Teymur Musayevlə, elm və təhsil naziri kimi Ceyhun Bayramovun adı çıxarılaraq Emin Əmrullayevlə əvəzlənib.