Prezident İlham Əliyev avqustun 7-də Yuli Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN -ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə Yuli Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilsin".