Prezident İlham Əliyev avqustun 14-də Ramiz Məlikin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Ağarza oğlu Məlik “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin".