Prezident İlham Əliyev avqustun 17-də Zaur Zeynalova “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova “general-mayor” ali hərbi rütbəsi verilsin".