Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ayrılıb - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev sentyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında dini dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: