Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə Tahir Süleyman oğlu Süleymanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, T. Süleymanov 1948-ci il sentyabrın 24-də Dəvəçi rayonunun Sumaqova-Qazma kəndində anadan olub. Sabah onun 75 yaşı tamam olur. Əvvəllər Milli Məclisin deputatı olub.