Azərbaycan lideri İraq Prezidentinə təbrik məktubu göndərib

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə təbrik məktubu göndərib.

NUHÇIXAN-ın məlumatına görə, məktubda deyilir:

"İraq Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. İnanıram ki, Azərbaycan-İraq münasibətləri birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və möhkəmlənəcək. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: