Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 6-da Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yaradılması haqqında Fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Fərmanda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə” təsdiq edilsin.
3. “Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi” təsdiq edilsin".