Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılacaq - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev oktyabrın 6-da Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək məqsədilə qərara alıram:

1. Ankara şəhərində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görsün".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: