Rövşən Sadıqbəyli Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev oktyabrın 27-də Rövşən Sadıqbəylinin Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".