Prezident İlham Əliyev oktyabrın 30-da Arif Hüseynovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Arif Şahbaz oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilsin".