Prezident İlham Əliyev noyabrın 18-də Çingiz Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Çingiz Əbdül Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilsin".