Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən tədbirin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbirin iştirakçılarına müraciət ünvanlayıb.
NUHÇIXAN xəbər verir ki, müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.