Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir.
NUHÇIXAN xəbər verir ki, Zirvə görüşünə gələn dövlət başçısını BMT-nin Baş katibi Antonio Quterreş və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılayıblar.