Prezident İlham Əliyev dekabrın 14-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da var.
Prezidentin sərəncamı ilə Məmmədov Dönməz Əmrah oğlu “Hərbi xidmətlərə görə” medalı ilə, Məmmədov Rəşad Hidayət oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə və Mirzəliyev Tahir Heydər oğlu 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə təltif olunublar.