Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmirinə 400 min manat ayrılıb

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, Sərəncama görə Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 400,0 (dörd yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etməsi, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: